Xidmət sahəsi: Bütün növ metal konstruksiyaların və metal məmulatların istehsalı.
Bizim öhdəliklərimiz: “POLADİS” MMC peşə sağlamlığı və təhlükəsizliyin qorunmasında yüksək standartlı xidmətlərə nail olmaq üçün bütün tətbiq olunan qanunlara, standartlara, müştərilərin ehtiyaclarına, gözləntilərinə və müvafiq tələblərinə riayət etməyə borcludur.
Bütün proseslər ISO 45001:2018 beynəlxalq standartına cavab verən sənədləşdirilmiş İdarəetmə Sistemi əsasında strukturlaşdırılmışdır.
Aşağıda göstərilən prinsip və üsulları tətbiq etmək üçün öhdəlik götürürük:
- : Bu şirkətin bütün işçiləri və ictimaiyyətin üzvlərinin başına gələ biləcək mümkün qəza, hadisə, xəsarət və peşə xəstəliklərin qarşısını almaq məqsədini daşıyır. İdarə heyəti bütün personalın təhlükəsizliyi, sağlamlığı və rifahı ilə bağlı məsuliyyətlərini bilir.
- “POLADİS” MMC SƏTƏMM ilə əlaqədar məqsədləri müəyyən edəcək və rəhbərlik tərəfindən hər il əməliyyatlar nəzərdən keçiriləcək və bunlara nail olmaq üçün hədəfləri təyin edəcəkdir. İşçilər üçün təlimlərin keçirilməsi məqsədlərə nail olma strategiyanın tərkib hissəsi olacaqdır.
- “POLADİS” MMC təşkilatımızın fəaliyyətlərinə birbaşa və ya dolayısı ilə təsir edə biləcək peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı bütün risklərin qiymətləndirilməsi, mövcud təhlükələrin müəyyənləşdirilməsi və tətbiq olunan effektiv nəzarət tədbirlərinin təmin edilməsi üçün risk zəminli idarəetməni təmin edir.
- Biz idarəetmə heyətinin və işçilərin öhdəçiliyi və iştirakı, səlist idarəetmə və qabaqcıl təcrübənin tətbiqi ilə inteqrasiya olunmuş idarəetmə sisteminin davamlı inkişafını təmin edəcəyik.
- Rəhbərliyimiz insanların təhlükəsizliyinə təsir edə biləcək məsələlərlə bağlı qərar qəbul etməzdən əvvəl həmişə işçilərin fikirlərini nəzərə alacaq. Şirkətin işçiləri və onların nümayəndələri məqsədlərin müəyyən edilməsində, risklərin qiymətləndirilməsində, SƏTƏMM siyasətinin həyata keçirilməsində və SƏTƏMM idarəetmə sistemləri ilə bağlı digər proseslərdə iştiraka cəlb olunacaqlar.
- Hər bir işçinin vəzifəsi “POLADİS” MMC SƏTƏMM siyasətinin tələblərinə tabe olmaq və iş yerinin mümkün qədər təhlükəsiz olmasını təmin etmək üçün rəhbərliklə əməkdaşlıq etməkdir. İşçilər əməliyyatların təhlükəsizliyinə təsir göstərə biləcək hər hansı bir narahatlıq barədə rəhbərliyə məlumat verməlidirlər. Bu siyasətə və ya digər təhlükəsizlik tələblərinə riayət etməyən hər hansı bir işçi məsuliyyət daşıyır.
- Biz SƏTƏMM siyasətimizi bütün işçilərə və subpodratçılara çatdıracağıq və bütün işçilərdən peşə sağlamlığı və təhlükəsizliyi sahəsində öhdəlik və liderlik nümayiş etdirmələrini gözləyirik.
