Xidmət sahəsi: Bütün növ metal konstruksiyaların və metal məmulatların istehsalı.
Bizim öhdəliklərimiz: “POLADİS” MMC yüksək səviyyədə performansa nail olmaq üçün bütün qanunlara, standartlara, müştərilərin ehtiyaclarına, gözləntilərinə və müvafiq tələblərinə riayət etməyə borcludur. Bütün proseslər ISO 9001:2015 beynəlxalq standartına cavab verən sənədləşdirilmiş Keyfiyyət İdarəetmə Sistemi əsasında strukturlaşdırılmışdır.
Aşağıda göstərilən prinsip və metodları fəaliyyətimizə tətbiq etməyi öhdəliyimizə götürürük:
- Müştəri yönümlülük: Müştərilərimiz bizim üçün önəmlidir və onlara tələblərinə uyğun olan yüksək keyfiyyətli xidmətlər təqdim etməyə borcluyuq. Hədəfimiz müştərilərimizin gözləntilərini yüksək səviyyədə qarşılamaqdır.
- Qanuni tələblər: Biznes sahəmizə aid olan bütün qanuni tələblərə əməl etməyi öhdəliyimizə götürürük. Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən müəyyən edilmiş rəsmi tələblərə tam riayət etməyimizə baxmayaraq, biz onları minimum tələblər kimi qəbul edirik və uyğunluğun tam təmin edilməsi və müştərinin əmlakına zərər, ətraf mühitə təsir və s. kimi digər riskləri minimuma endirmək üçün daha ciddi tələblərin tətbiq edilməsini qərara ala bilərik.
- Davamlı inkişaf: Biz ən yaxşı təcrübələri tətbiq edərək idarəetmə heyətinin liderliyi, işçilərin öhdəçiliyi və iştirakı ilə Keyfiyyət İdarəetmə Sisteminin davamlı inkişafını təmin edəcəyik.
- Məqsəd və hədəflər: Keyfiyyət ilə əlaqədar məsələlər müəyyən ediləcək, rəhbərlik tərəfindən hər il əməliyyatlar nəzərdən keçiriləcək və hədəflər təyin ediləcəkdir. Məqsəd və hədəflərə çatmaq üçün işçilərin təlimi strategiyanın ayrılmaz hissəsi olacaqdır.
- Resurslar: Planlaşdırılmış məqsədlərə və hədəflərə nail olmaq üçün şirkətin rəhbərliyi tərəfindən maliyyə, informasiya və digər zəruri bütün resurslar təmin ediləcəkdir.
- Maraqlı tərəflər: Bizim, müştərilərimizin, təchizatçılarımızın, tərəfdaş və digər tərəflərin maraqları bir-birinə bağlıdır. Keyfiyyəti artırmaq üçün qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışacağıq ki, bu da daha çox etibarlılığa, genişləndirilmiş xidmətlərə və səmərəliliyin yüksəlməsinə səbəb olacaq.
- Xarici və daxili məsələlər: Qaydalardakı dəyişikliklər, rəqabətin artması, yeni bazar tələbləri, maraqlı tərəflərin yeni gözləntiləri, işçi heyətə mənəvi təsir göstərə biləcək dəyişikliklər kimi təşkilatın məqsədinə və strateji istiqamətinə təsir göstərə biləcək hər hansı məsələlər hər zaman nəzərə alınacaq.
- Risklərin idarə olunması: “POLADİS” MMC şirkətin fəaliyyətinə aid risklər, təhlükə və zəifliklərin aşkar edilməsi və qiymətləndirilməsini təmin etmək üçün risk əsaslı idarəetmə təmin edəcək və yüksək keyfiyyət standartları ilə təhlükəsiz və fasiləsiz fəaliyyət üçün bütün effektiv nəzarət tədbirlərini tətbiq edəcəkdir.
- Məsuliyyət: İşçilərimiz uyğunsuzluqların qarşısını almaq, müştərilərin və digər maraqlı tərəflərin gözləntilərinə cavab vermək və müqavilə tələblərinə düzgün riayət etmək üçün bütün tədbirləri görəcək. Rəhbərlik şirkət daxilində Keyfiyyət üçün ümumilikdə məsuliyyət daşıyır.
- Kommunikasiya: İşçilər Keyfiyyət Siyasətinin tələbləri barədə hər zaman məlumatlandırılacaq.
